AfD səslərin 43.8%-ni topladı, Mask alman dilində təbrik etdi
Amerikalı milyarder və sahibkar İlon Mask Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alisa Vaydeli Saksoniya-Anhalt federal torpağında keçirilən seçkilərdə əldə etdiyi nəticə münasibətilə təbrik edib.
TodayPress TV xəbər verir ki, Mask sosial şəbəkə X-də Vaydelin paylaşımına alman dilində şərh yazıb.
“Əla iş! (“Gut gemacht!”)” – deyə Mask bildirib.
Qeyd edək ki, “Almaniya üçün Alternativ” (AfD) Saksoniya-Anhalt federal torpağının landtaqına keçirilən seçkilərdə böyük üstünlüklə qalib gəlib. Partiya səslərin 43,8 faizini toplayıb. Federal torpağın hökumətinə rəhbərlik edən Xristian Demokrat İttifaqı (XDİ) isə 17,2 faiz səs əldə edib.
Beləliklə, AfD-nin nəticəsi XDİ-dən iki dəfədən çox yüksək olub. Bu, partiyanın tarixində federal torpaq seçkilərində əldə etdiyi ən yüksək nəticədir.
Qiymət Mahir