Permdə PUA hücumu: Universitetdə dərslər ləğv edildi - VİDEO
Rusiyanın Perm şəhəri səhər saatlarında pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
TodayPress TV xəbər verir ki, hadisə ilə bağlı yayılan foto və videolarda şəhər üzərində tüstünün yüksəldiyi görünür.
Görüntüləri şahidlər və Ukrayna monitorinq kanalları yayıb. Hücum fonunda bölgədə PUA təhlükəsi elan edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində Perm Dövlət Universitetində bir neçə dərs ləğv olunub.
Universitet tələbələrə evdən çıxmamağı, yolda olanlara isə ən yaxın sığınacağa getməyi tövsiyə edib.
Türkan İsgəndərli