Stiven Siqal ABŞ-dəki bütün əmlaklarını satdı
Aktyor və rejissor Stiven Siqal Rusiya vətəndaşlığını aldıqdan sonra ABŞ-dəki daşınmaz əmlaklarının hamısını satıb.
TodayPress TV xəbər verir ki, “Life SHOT”un məlumatına görə, Siqal ABŞ-də üç böyük mülkünü satıb.
Aktyor 2017-ci ildə Tennessi ştatındakı 743 kvadratmetrlik malikanəsini 880 min dollara, 2021-ci ildə Arizonadakı evini 3,55 milyon dollara, 2022-ci ildə isə Kaliforniyadakı villasını 7 milyon dollara satıb.
Nəşr həmçinin bildirir ki, Siqal Rusiyada saxta investisiya layihəsinin təşviqində ittiham olunan iş üzrə cavabdehlərdən biri kimi göstərilib.
Aktyor 2016-cı ildə Rusiya vətəndaşlığını qəbul edib. 2024-cü ildə Rusiya Prezidenti Vladimir Putin onu “Dostluq” ordeni ilə təltif edib.
Siqal 2026-cı ilin yanvarında Moskva vilayətindəki malikanəsini də satışa çıxarıb. İlkin qiyməti 8,09 milyon dollar olan mülkün qiyməti iyunda 7,51 milyon dollara endirilib.
Türkan İsgəndərli