Benzema üçün şok ssenari: karyerasını bitirə bilər

Benzema üçün şok ssenari: karyerasını bitirə bilər
07.09.2026 08:10 İdman

Fransalı ulduz futbolçu Kərim Benzemanın bu yay Avropaya qayıtmaq variantını nəzərdən keçirdiyi məlum olub.

TodayPress TV “L’Équipe”yə istinadən xəbər verir ki, 38 yaşlı hücumçu “Lion”a keçmək istəyib. 

Fransa klubu da Benzemaya maraq göstərib, lakin tərəflər transferlə bağlı razılığa gələ bilməyiblər. Keçidin qarşısındakı əsas maneə futbolçunun Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə müqaviləsinin olmasıdır. Benzema avqustun 31-də Səudiyyə təmsilçisi ilə əməkdaşlığını dayandırıb və hazırda azad agent statusundadır.

Bununla belə, fransalı hücumçunun Səudiyyə Ərəbistanı çempionatı qarşısında müəyyən öhdəlikləri qalır. Benzema 2030-cu ilə qədər ölkə çempionatının səfiri statusundadır və bu razılaşmanın şərtlərini yerinə yetirməlidir.

Məlumata görə, bu öhdəliklər Benzemanın karyerasını Səudiyyə Ərəbistanından kənarda davam etdirməsinə mane ola bilər. Ölkənin aparıcı klublarına nəzarət edən PIF-in belə razılaşmaları olan ulduz futbolçuların digər ölkə çempionatlarında çıxış etməsinə icazə vermədiyi bildirilir.

Bu vəziyyət Benzemanın yaxın zamanda futbolçu karyerasını başa vurmaq qərarına gələ biləcəyini istisna etmir.

Qeyd edək ki, Kərim Benzema “Əl-Hilal”ın heyətində 16 oyunda 10 qol vurub və 5 məhsuldar ötürmə edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər