Həkimdən valideynlərə xəbərdarlıq: Bu vasitələr uşaqları...

Həkimdən valideynlərə xəbərdarlıq: Bu vasitələr uşaqları...
07.09.2026 05:00 Sağlamlıq

Yüksək dozada C vitamini, bitki tərkibli preparatlar və immuniteti gücləndirdiyi iddia edilən digər “sürətli” vasitələr məktəbliləri tədris ilinin əvvəlində kəskin respirator virus infeksiyalarından qorumur.

TodayPress TV xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya “Atribut” klinikasının pediatrı Yekaterina Melnik məlumat verib.

Həkimin sözlərinə görə, immunitet mürəkkəb bioloji mexanizmdir və ona yalnız bir dərman vasitəsilə təsir etmək mümkün deyil. Məktəbli uşağın il ərzində 6-8 dəfə respirator virus infeksiyasına yoluxması, xəstəlik ağır fəsadlarla müşayiət olunmadığı halda, normal hesab edilir.

Sentyabr ayı ərəfəsində valideynlər ənənəvi olaraq immuniteti gücləndirmək üçün bioloji aktiv qida əlavələri almağa başlayırlar.

Onun sözlərinə görə, yüksək dozada C vitamini və bitki tərkibli preparatların profilaktik məqsədlə qəbulu uşaqlarda respirator virus infeksiyalarına yoluxma hallarının sayını azaltmır.

Aysel Mətləb

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər