Qəhvə sevənlərə xoş xəbər: Bazarda milyonlarla kisə artıq məhsul olacaq
Cari mövsümdə dünyada qəhvə istehsalının istehlakı 8-10 milyon kisə üstələyə biləcəyi gözlənilir.
TodayPress TV xəbər verir ki, bu barədə “RİA Novosti”yə Braziliya Qəhvə İxracatçıları Şurasının sədri Marsiu Ferreyra məlumat verib.
Onun sözlərinə görə, hazırkı qəhvə mövsümündə dünya üzrə istehsal və istehlak nəzərə alınmaqla, təxminən 10 milyon kisə həcmində artıq məhsulun yaranacağı gözlənilir. Bununla belə, məhsuldarlığın, o cümlədən Braziliyada azalması səbəbindən bu göstərici təxminən 8 milyon kisəyə düşə bilər.
Ferreyra qeyd edib ki, qəhvənin artıq olması onun qısa müddətdə dünya bazarına çıxarılacağı anlamına gəlmir. Onun sözlərinə görə, Braziliya istehsalçılarının maliyyə vəziyyəti onlara yeni məhsulu satmağa tələsməməyə və daha əlverişli qiymətləri gözləməyə imkan verir.
Aysel Mətləb