Ukrayna-ABŞ danışıqlarında ilk raund başa çatdı

Ukrayna-ABŞ danışıqlarında ilk raund başa çatdı
06.09.2026 19:12 Dünya

Ukrayna nümayəndələri ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner arasında danışıqların birinci raundu başa çatıb.

TodayPress TV xəbər verir ki, Ukrayna tərəfindən Prezident Volodimir Zelenski, onun ofisinin rəhbəri Kirill Budanov, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov və "Xalqın xidmətçisi" partiyasının parlament fraksiyasının rəhbəri David Arahamiya iştirak ediblər.

Tezliklə Avropa nümayəndələrinin iştirakı ilə ikinci raund başlayacaq. Danışıqlarda iştirak etmək üçün Böyük Britaniya, Fransa və Almaniya liderlərinin milli təhlükəsizlik üzrə müşavirləri Kiyevə gəliblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
06 SENTYABR 2026
Bütün Xəbərlər