Təkcə ABŞ deyil, Avropa da Kiyevdədir! - Fransa, Almaniya, Britaniya...
Sentyabrın 6-da Ukrayna Prezidenti Volodimir Zelenski yalnız amerikalı nümayəndələr Stiv Uitkoff və Cared Kuşnerlə deyil, həm də avropalı tərəfdaşlarla danışıqlar aparacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov "Telegram"da paylaşım edib.
Onun sözlərinə görə, bu gün həqiqətən də gərgin olacaq, çünki vacib danışıqlar yalnız ABŞ Prezidenti Donald Trampın komandası ilə planlaşdırılmayıb.
Prezident Ofisinin rəhbəri təsdiqləyib ki, paytaxta avropalı tərəfdaşların – Fransa, Böyük Britaniya və Almaniyanın nümayəndələri də gəlib.
"Ukrayna üçün ədalətli və davamlı sülhə nail olmaq naminə hamımız birlikdə çalışırıq," – deyə Budanov vurğulayıb.
Aysel Mətləb