"Heç nə dəyişməyib..." - İnfantino FIFA postunu vermək İSTƏMİR?

"Heç nə dəyişməyib..." - İnfantino FIFA postunu vermək İSTƏMİR?
06.09.2026 20:00 İdman

Beynəlxalq Futbol Federasiyasının (FIFA) hazırkı prezidenti Canni İnfantino 2027-ci ilin mart seçkilərində yenidən namizədliyini irəli sürəcək.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Rob Harris təşkilatdakı mənbəyə istinadən "X" sosial şəbəkəsində məlumat paylaşıb.

"FIFA prezidenti apreldə 2027-ci ildə yenidən seçilmək üçün namizədliyini irəli sürəcəyini elan etmişdi. Əlbəttə, heç nə dəyişməyib. İnfantino yenidən namizəd olacaq", - deyə o bildirib.

Qeyd edək ki, 56 yaşlı İnfantino 2016-cı ilin fevralında keçirilən növbədənkənar konqresdə FIFA rəhbəri seçilmişdi. Daha sonra o sözügedən vəzifəyə daha iki dəfə seçilib.

XƏBƏR LENTİ
06 SENTYABR 2026
Bütün Xəbərlər