ABŞ İrana dənizdən təzyiqi artırır? - 92 gəminin istiqaməti dəyişdirildi

ABŞ İrana dənizdən təzyiqi artırır? - 92 gəminin istiqaməti dəyişdirildi
06.09.2026 17:10 Dünya

ABŞ hərbçiləri iyulun ortalarında İranın dəniz limanlarının blokadası bərpa edildikdən bəri 92 ticarət gəmisinin istiqamətini dəyişdirib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində bəyanat yayıb.

"Sentyabrın 6-na olan vəziyyətə görə, ABŞ Silahlı Qüvvələri 92 kommersiya gəmisinin istiqamətini dəyişdirib, 3-nü sıradan çıxarıb və daha 2-sinin göyərtəsinə daxil olub", - deyə qeyd olunub.

Sentyabrın 3-də istiqaməti dəyişdirilən gəmilərin sayı 87 təşkil edirdi.

Qeyd edək ki, ABŞ İranın dəniz blokadasını iyulun 14-də bərpa edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
06 SENTYABR 2026
Bütün Xəbərlər