İndoneziyada ordu hazır vəziyyətə gətirildi - Fəlakət qapıda...

İndoneziyada ordu hazır vəziyyətə gətirildi - Fəlakət qapıda...
06.09.2026 17:44 Dünya

İndoneziya ordusu Anak-Krakatau vulkanının püskürməsi ilə əlaqədar vəziyyətin ehtimal olunan pisləşməsinə reaksiya vermək üçün 605 hərbi qulluqçunu hazır vəziyyətə gətirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Antara" agentliyi məlumat yayıb.

Bildirilib ki, şəxsi heyət yanğınsöndürmə heyətləri, yük nəqliyyat vasitələri, sahə mətbəxləri, təcili tibbi yardım avtomobilləri və generatorlar da daxil olmaqla zəruri texnika və avadanlıqla təchiz olunub.

Qeyd edilib ki, paralel olaraq vulkanın aktivliyi fasiləsiz rejimdə izlənilir, regional hakimiyyət orqanları və müvafiq qurumlarla əlaqə saxlanılır. İndoneziya hərbçiləri yerli sakinləri təmkinli olmağa və fövqəladə hallar xidmətlərinin məlumatlarını izləməyə çağırırlar.

Xatırladaq ki, daha əvvəl yerli hakimiyyət orqanları Anak-Krakatau vulkanının püskürdüyü külün Cakarta şəhərinə çatdığını, lakin İndoneziya paytaxtında onun konsentrasiyasının cüzi olduğunu bildirmişdilər.

Aysel Mətləb

XƏBƏR LENTİ
06 SENTYABR 2026
Bütün Xəbərlər