Girnədə faciə qurbanlarının sayı artdı

Girnədə faciə qurbanlarının sayı artdı
06.09.2026 17:17 Dünya

Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 13-ə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Baş naziri Ünal Üstel məlumat yayıb.

O qeyd edib ki, bugünədək aparılan axtarışlar nəticəsində 5 itkin tapılıb. Həyatını itirən insanların sayı 13, hələ də itkin sayılanların sayı isə 15-dir.

Baş nazir axtarış-xilasetmə işlərinin fasiləsiz şəkildə davam etdiyini vurğulayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
06 SENTYABR 2026
Bütün Xəbərlər