Hörmüzdən gündə 9 milyon barrel neft keçir - ABŞ-dən İDDİA
Hörmüz boğazı vasitəsilə daşınan neftin həcmi gündə təxminən 9 milyon barrel təşkil edir.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ energetika naziri Kris Rayt CNN telekanalının efirində bildirib.
"Hörmüz boğazı vasitəsilə tranzit hazırda orta hesabla gündəlik 9 milyon barreli ötür, boğazdan yan keçən boru kəmərləri ilə birgə isə həcmlər münaqişədən əvvəlki səviyyənin üçdə ikisinə çatır," – deyə o izah edib.
ABŞ Energetika Nazirliyinin rəhbərinin iddiasına görə, İranın müqavimətinə baxmayaraq, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı uğrunda döyüşdə qalib gəlir.
Aysel Mətləb