London derbisinin qalibi bəlli oldu: “Arsenal”dan möhtəşəm qələbə!
İngiltərə Premyer Liqasının üçüncü turunda “Arsenal” öz meydanında “Çelsi”ni 2:1 hesabı ilə məğlub edib.
TodayPress TV xəbər verir ki, “Emireyts” stadionunda keçirilən görüşdə hesabı 2-ci dəqiqədə qonaqlar açıblar. Morqan Rocers fərqlənərək “Çelsi”ni önə keçirib.
12-ci dəqiqədə Rikkardo Kalafiorinin qolu VAR yoxlamasından sonra ləğv edilib. “Arsenal” 25-ci dəqiqədə Kay Havertsin qolu ilə hesabı bərabərləşdirib.
50-ci dəqiqədə Martin Edeqor fərqlənərək meydan sahiblərinə qələbə qazandırıb - 2:1.