Hər gün qatıq yemək ürəyə necə təsir edir? - Alimlərdən yeni ARAŞDIRMA
Qatıq xolesterinin və aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsini azaltmağa, həmçinin yüksək təzyiq və ürək-damar xəstəlikləri riskini aşağı salmağa kömək edə bilər.
TodayPress TV xəbər verir ki, bu qənaətə Harvard Tibb Məktəbinin alimləri müxtəlif araşdırmaları nəzərdən keçirdikdən sonra gəliblər.
Tədqiqatlar göstərib ki, probiotik qatıq xolesterin səviyyəsi bir qədər və ya orta dərəcədə yüksək olan insanlarda ümumi xolesterinin və “pis” xolesterin adlandırılan aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsini azalda bilər.
Digər araşdırmalar isə müntəzəm qatıq istehlakı ilə ürək-damar xəstəlikləri riskinin azalması arasında mümkün əlaqənin olduğunu göstərir.
Alimlərin bildirdiyinə görə, ABŞ-də aparılan böyük araşdırmalardan birində həftədə ən azı beş dəfə qatıq istehlak etmək yüksək təzyiqin yaranma riskinin 16 faiz daha aşağı olması ilə əlaqələndirilib. Yüksək təzyiqi olan insanlar arasında isə həftədə ən azı iki dəfə qatıq istehlakı qadınlarda ürək-damar xəstəlikləri riskinin 17 faiz, kişilərdə isə 21 faiz daha aşağı olması ilə əlaqələndirilib.
Bəzi qatıq növlərinin tərkibində doymuş yağlar olmasına baxmayaraq, məhsulun mümkün faydalarının qorunduğu qeyd edilib. Danimarkada aparılan genişmiqyaslı araşdırma göstərib ki, yağsız və yağlı südün qatıqla əvəz edilməsi ürək xəstəlikləri riskinin 11-13 faiz azalması ilə əlaqəli olub.
Aysel Mətləb