Almaniyada elektrik xətlərinin yanında 12 bomba tapıldı
Almaniya polisi Saksoniyada yüksəkgərginlikli elektrik verilişi xətlərinin yaxınlığında 12 əldəqayırma partlayıcı qurğu aşkar edib.
TodayPress TV xəbər verir ki, bu barədə "MDR" teleradioşirkəti məlumat verib.
Məlumata görə, mütəxəssislər qurğuları zərərsizləşdiriblər
"Faktiki ziyanın vurulması və ya elektrik təchizatının pozulması halı baş verməyib. Əhali üçün təhlükə yoxdur," – deyə hüquq-mühafizə orqanlarından bildirilib.
İstintaqa görə, naməlum şəxslər elektrik verilişi xətlərində qısaqapanma törətmək və bununla da elektrik təchizatını pozmaq niyyətində olublar.
Aysel Mətləb