Trampın reytinqi "dibə vurdu": Amerikalılar nədən narazıdırlar?
ABŞ Prezidenti Donald Trampın bəyənilmə reytinqi rekord həddə aşağı düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" Britaniyanın "Focaldata" şirkətinin araşdırmasına istinadən məlumat yayıb.
Sorğuya əsasən, respondentlərin yalnız 33%-i Trampın hazırkı siyasi kursunu bəyənir. Bir ay əvvəl bu göstərici 35% təşkil edirdi. Respublikaçı seçicilər arasında dəstək səviyyəsi də anti-rekordu yeniləyərək 72%-ə enib.
Nəşr qeyd edib ki, sorğu iştirakçılarının əksəriyyəti Vaşinqtonun ticarət siyasətini və administrasiya tərəfindən tətbiq edilən rüsumları qəbul etmir. Amerikalılar bunları yaşayış xərclərinin artması ilə əlaqələndirirlər. Seçicilərin üçdə ikisi ölkə iqtisadiyyatının yanlış istiqamətdə irəlilədiyinə əmindir.
Daha 57% bildirib ki, Trampın siyasəti onların maliyyə vəziyyətinə mənfi təsir göstərib. Bundan əlavə, rəyi soruşulanların 56%-i Kanadaya tətbiq olunan son rüsumlardan narazı qalıb və qiymətlərin ehtimal edilən növbəti artımı ilə bağlı narahatlıqlarını ifadə edib.
Aysel Mətləb