İnfarkt riski hansı hallarda artır? - ARAŞDIRMA

İnfarkt riski hansı hallarda artır? - ARAŞDIRMA
03.09.2026 07:50 Sağlamlıq

Ağır sarsıntılardan sonra alkoqol asılılığı posttravmatik stress pozuntusunu (PTSP) belə qabaqlayaraq ürək-damar fəsadlarının əsas xəbərçisi olur.

TodayPress TV xəbər verir ki, Təhlil üçün həkimlər 1995–2018-ci illər üzrə Danimarka sakinlərinin tibbi məlumatlarını emal edən maşın öyrənməsi alqoritmlərindən istifadə ediblər.

Araşdırmada infarkt keçirən, insult olan və ya ürək problemləri səbəbindən ölən 44 min pasiyentin tibbi tarixçəsi, həmçinin nəzarət qrupundan olan 175 mindən çox sağlam iştirakçının məlumatları təhlil edilib.

Məlum olub ki, alkoqoldan sui-istifadə ilə bağlı pozuntular həm kişilər, həm də qadınlar üçün ağır ürək-damar hadisələrinin ən güclü psixiatrik tətikedicisi olub. Kişilərdə alkoqol asılılığının əhəmiyyəti depressiyanın təsirini 10 dəfə üstələyib.

Elmin ənənəvi olaraq faciəli hadisələrdən sonra baş verən infarktları PTSP ilə əlaqələndirməsinə baxmayaraq, yeni araşdırma təhlükəli psixi reaksiyaların spektrinin daha geniş olduğunu göstərib. Alkoqol asılılığından əlavə, ürək problemlərinin əsas xəbərçiləri sırasına depressiv epizodlar, şizofreniya və psixoaktiv maddələrlə əlaqəli olmayan delirium da daxil olub. Həmçinin gender fərqləri müəyyən edilib: kişilərdə damar fəsadlarına daha çox narkotik asılılıqları, qadınlarda isə xroniki əhval pozuntuları səbəb olub.

Aysel Mətləb

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər