Transfer pərdəarxası açıldı: "Qalatasaray" "Spartak"ı razı sala biləcəkmi?

Transfer pərdəarxası açıldı: "Qalatasaray" "Spartak"ı razı sala biləcəkmi?
03.09.2026 16:24 İdman

"Qalatasaray" klubu "Spartak"ın yarımmüdafiəçisi Jedson Fernandeşlə maraqlanır.

TodayPress TV xəbər verir ki, bu barədə "Çempionat" nəşrinin "Premyer-liqa ədalətsizliyi" podkastı məlumat yayıb. 

Bildirilir ki, ötən ilin yayından Moskva təmsilçisində çıxış edən portuqaliyalı futbolçu daha əvvəl Türkiyənin "Beşiktaş" və "Rizespor", İngiltərənin "Tottenhem", həmçinin Portuqaliyanın "Benfika" klublarında oynayıb.

"Qalatasaray" Jedson Fernandeş üçün rəsmi təklif hazırlayır. İstanbul təmsilçisi onun sağ cinah müdafiəçisi mövqeyindəki oyunundan valeh olub. "Spartak"ın idman direktoru Karlos Kaxigao ilə ilkin təmaslar baş tutsa da, transferin reallaşacağı inandırıcı görünmür. Çünki Türkiyə klubunun "Spartak"ı razı salacaq məbləğdə təklif irəli sürəcəyi gözlənilmir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər