Madrid bazasında sürpriz: İki əfsanəvi məşqçi bir araya gəldi!
Braziliya milli komandasının baş məşqçisi, əvvəllər "Real Madrid"i çalışdırmış Karlo Ançelotti İspaniya klubunun məşqini ziyarət edib.
TodayPress TV xəbər verir ki, bu barədə "kral klubu"nun rəsmi saytı məlumat yayıb.
"Karlo Ançelotti 'Real Madrid Siti'də komandaya baş çəkib. "Real"ın keçmiş, Braziliya millisinin isə hazırkı baş məşqçisi Valdebebas bazasında olaraq, məşqdən əvvəl Joze Mourinyo və futbolçularla görüşüb", — deyə klubun rəsmi bəyanatında bildirilir.

Qeyd edək ki, 2026-cı ilin iyun ayında 63 yaşlı portuqaliyalı mütəxəssis Joze Mourinyo yenidən "Real Madrid"in baş məşqçisi postuna gətirilib. Mourinyo daha əvvəl 2010–2013-cü illərdə "Kral klubu"nu çalışdırıb. O, komanda ilə İspaniya çempionu (2011/2012), ölkə kubokunun (2010/2011) və Superkubokunun (2012) qalibi olub.
Namiq HUN