Türkiyədə anbarda böyük yanğın baş verdi - VİDEO
İstanbulun Tuzla rayonundakı Orhanlı dəri sənayesi zonasında yerləşən fabrikdə böyük yanğın baş verib.
TodayPress TV xəbər verir ki, yanğın sürətlə yayılaraq güclü tüstüyə səbəb olub.
Hadisə yerində çoxsaylı yanğınsöndürmə briqadası, polis və təcili yardım işçiləri var və yanğının söndürülməsi işləri davam edir.
Yanğının səbəbi hələ də məlum deyil.