Mudrik üçün yeni səhifə: “Tottenhem” ukraynalıya tam dəstək verəcək

Mudrik üçün yeni səhifə: “Tottenhem” ukraynalıya tam dəstək verəcək
03.09.2026 13:39 İdman

“Tottenhem”in idman direktoru Yohann Lanqe “Çelsi”dən icarə əsasında transfer edilən Mixail Mudrikin komandaya keçidini şərh edib.

TodayPress TV xəbər verir ki, klub rəsmisi ukraynalı yarımmüdafiəçinin komandaya real töhfə verə biləcək keyfiyyətlərə sahib olduğunu bildirib.

“Mıxaili klubumuzda görməkdən məmnunuq. Hesab edirik ki, onun komandamıza real töhfə verməsinə imkan verəcək keyfiyyətləri var və onun bizim mühitdə inkişafını səbirsizliklə gözləyirik.

Mıxailin bu çağırışı qəbul etməkdə göstərdiyi ambisiya və qətiyyət məndə xoş təəssürat yaratdı. Onun uğur qazanmaq və inkişaf etmək üçün böyük istəyi var. Bu da yaratdığımız klub mədəniyyətinə çox uyğun gəlir.

Mıxail yeni mühitə uyğunlaşdığı, Roberto De Zerbi və məşqçilər heyətimiz, eləcə də yeni komanda yoldaşları ilə işlədiyi müddətdə ona tam dəstək göstərəcəyik. Onun karyerasının növbəti mərhələsini səbirsizliklə gözləyirik”, – deyə Lanqe bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər