30 milyon dollarlıq cərimə! “Klippers” NBA tarixində rekorda imza atdı

30 milyon dollarlıq cərimə! “Klippers” NBA tarixində rekorda imza atdı
03.09.2026 12:21 İdman

“Los-Anceles Klippers” klubuna tətbiq edilən 30 milyon dollarlıq cərimə NBA tarixində bir komanda üçün verilmiş ən böyük maliyyə cəzası olub.

TodayPress TV xəbər verir ki, ABŞ Milli Basketbol Assosiasiyası (NBA) Kavay Leonard işi çərçivəsində maaş limitindən yayınma qaydalarının pozulmasına görə “Klippers”i 30 milyon dollar məbləğində cərimələyib.

Bundan əvvəl NBA tarixində ən böyük komanda cəriməsi “Minnesota Timbervulvz”a tətbiq olunmuşdu. Klub 2000-ci ildə Co Smitlə gizli müqavilə bağladığı üçün 3,5 milyon dollar cərimələnmişdi.

“Klippers”ə verilən 30 milyon dollarlıq cəza əvvəlki rekordu təxminən 10 dəfə üstələyib.

Qeyd edək ki, “Klippers” klubunun sahibi Stiv Balmerin sərvəti təxminən 152,4 milyard dollar qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər