“Böyük Dəbilqə”də mütləq üstünlük: Sobolenkodan möhtəşəm seriya!
“Böyük Dəbilqə” turnirlərinin 4 qat çempionu, dünyanın bir nömrəli raketkası Arina Sobolenko əsas tor yarışlarında 13-cü dəfə təsnifat mərhələsindən gələn rəqibinə qalib gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə "Opta Ace" statistika portalı məlumat yayıb.
Bildirilir ki, belaruslu tennisçi bu səviyyəli turnirlərdə təsnifat qalibləri ilə qarşılaşmalarda məğlubedilməzliyini qoruyub saxlayır (13-0).
Sobolenko “Böyük Dəbilqə” turnirlərində təsnifat mərhələsindən gələn rəqibi üzərində 13-cü qələbəsini "US Open – 2026" turnirinin ikinci mərhələsində qazanıb. O, dünya reytinqində 160-cı pillədə qərarlaşan Rusiya təmsilçisi Polina Yatsenkonu 6:1, 6:1 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, Arina Sobolenko karyerası ərzində “Böyük Dəbilqə” turnirlərində təsnifat mərhələsindən gələn rəqiblərinə qarşı keçirdiyi bütün 13 matçın hamısında iki setdə qalib gəlib.
Namiq HUN