Mingəçevirin avarçəkənləri fəxri kürsünü fəth etdilər
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatı başa çatıb.
TodayPress TV xəbər verir ki, ikinci yarış günündə 16 dəst medal sahibini tapıb.
Mingəçevir avarçəkənlərindən Mustafa Vəlizadə üç, Hüseyn Səmədli isə iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hər iki idmançı 500 və 1000 metr məsafələrdə keçirilən yarışlarda qızıl medal qazanıb.
Çempionatın digər qalibləri sırasında Elmir Tarverdiyev, Əlimurad Hacızadə, Yunus Əhmədov, Fəxri Sadıqlı, Azər İlyasov, Tunar Məmmədzadə, Yusif Əliyev, Zahid Əmiraslan, Tahir Mövsümov, Sənan Cəfərzadə, Mehdi Mehdizadə, Qiyas Əhmədov, Vaqif Mustafazadə və Gülay Cümşüdlünün adları yer alıb.
Bakı təmsilçilərindən Darina Xayretdinova, İvan Vorovyanskiy və Tengiz Qaqnidze də yarışlarda qızıl medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan çempionatında fərqlənən idmançılar Mingəçevir Reqatası beynəlxalq turnirində mübarizə aparacaq komandanın heyətinə cəlb olunacaqlar.
Namiq HUN