Paşinyan gündəmi silkələdi: "Kərkini ərazimizə daxil etmədik"

Paşinyan gündəmi silkələdi: "Kərkini ərazimizə daxil etmədik"
03.09.2026 14:08 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan Kərki kəndinin Ermənistan ərazisi olmadığını bildirib.

TodayPress TV xəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında “Tiqranaşen” deyil, məhz Kərki haqqında danışdığını vurğulayıb.

O, Ermənistanın ərazisinin 29 743 kvadrat kilometr olduğunu və Kərki ilə digər anklavların bu hesablamaya daxil edilmədiyini deyib.

Baş nazir Kərkidə ermənilərin yaşamasına baxmayaraq, kəndin Ermənistan ərazisi olmadığını qeyd edib. O, məsələ ətrafında gərginliyin aradan qalxacağını və problemin mümkün olan ən yaxşı variantla həll ediləcəyini bildirib.

Paşinyan həmçinin bu mövzuda Ermənistanın maraqlarına zidd deyil, məhz ölkəsinin maraqlarına uyğun mövqe sərgilədiyini deyib.

Qeyd edək ki, ermənilər Azərbaycana məxsus Kərki kəndini “Tiqranaşen” adlandırırlar. Paşinyan daha əvvəl Barxudarlı və Yuxarı Əskipara kəndlərinin də Azərbaycana məxsus olduğunu etiraf edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər