Dünyada İLK: Virusla xərçəng müalicəsi başladı

Dünyada İLK: Virusla xərçəng müalicəsi başladı
31.08.2026 07:30 Sağlamlıq

Yaponiyada ilk dəfə dünyada qida borusu xərçənginin müalicəsində virus terapiyasından istifadə olunmağa başlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Mainichi Shimbun” nəşri məlumat yayıb.

Genetik modifikasiya edilmiş adenovirus əsasında hazırlanan “Telomelizin” preparatı iyun ayında Yaponiyanın Səhiyyə Nazirliyinin təsdiqini alıb, onun satışı isə avqustun 21-də başlayıb.

“Telomelizin” radikal əməliyyat keçirməsi və ya kimyaterapiya ilə şüa terapiyasını birlikdə alması mümkün olmayan qida borusu xərçəngi xəstələri üçün nəzərdə tutulub.

Terapiyanın əsasını soyuqdəymə xəstəliklərinə səbəb olan viruslar da daxil olmaqla, virusların bir növü olan adenovirus təşkil edir. Alimlər onu genetik olaraq dəyişdiriblər ki, aktiv telomerazaya malik xərçəng hüceyrələrində əsasən çoxalsın.

Qeyd edək ki, virusun çoxalması şiş hüceyrələrinin məhvinə səbəb olur.

Aysel Mətləb

XƏBƏR LENTİ
31 AVQUST 2026
Bütün Xəbərlər