Oman ərazisində tanker naməlum mərminin zərbəsinə məruz qaldı

Oman ərazisində tanker naməlum mərminin zərbəsinə məruz qaldı
30.08.2026 23:24 Dünya

Oman sahillərində tanker naməlum mərmi ilə hücuma məruz qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

“UKMTO Oman ərazisində Xasab şəhərindən 12 dəniz mili şimalda baş verən insident barədə gecikmiş məlumat alıb. Hörmüz boğazının girişinə doğru hərəkət edən tanker naməlum mərminin zərbəsinə məruz qalıb”, - deyə bildirilib.

Qeyd olunub ki, insident avqustun 29-da baş verib. Zərərçəkənlər və ya ətraf mühitə dəyən ziyan barədə məlumat yoxdur. Gəminin adı açıqlanmayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
31 AVQUST 2026
Bütün Xəbərlər