Aktrisanın şikayəti ilə polis hərəkətə keçdi - Azyaşlıya zorakılıq iddiası!
Aktrisa Oksana Rəsulova polisə müraciət edib.
TodayPress TV xəbər verir ki, sənətçi sosial şəbəkələrdə psixoloq Ceyran Muradovanın azyaşlı uşağa zorakılıq göstərdiyi iddia olunan görüntülərini paylaşaraq məsələnin araşdırılmasını istəyib.
“Bir vətəndaş kimi sizdən xahiş edirəm, bu məsələni araşdırıb düzgün nəticə əldə edəsiniz” – deyə Oksana yazıb.
Daxili İşlər Nazirliyinin (DİN) regional qrupundan Oxu.az-a bildirilib ki, bununla bağlı Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) müraciət daxil olub və müvafiq araşdırmalar aparılır.