Xamenei müsəlman ölkələrinə çağırış etdi: “Əsl düşməni tanıyın!”
İranın ali lideri Müctəba Xamenei müsəlman ölkələrini ABŞ-yə qarşı birləşməyə çağırıb.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Xamenei bildirib ki, müsəlmanlar birlik nümayiş etdirib bir yumruq kimi hərəkət etsəydilər, Fələstin xalqı işğalçıların təzyiqi və cinayətləri qarşısında bu qədər müdafiəsiz qalmazdı.
İranın ali lideri ABŞ-ni və İsraili “İslam birliyinin və bütün müsəlman ümmətinin əsas düşmənləri” adlandırıb.
O, müsəlman ölkələrini “əsl düşməni tanımağa və onun planlarına qarşı çıxmağa” çağırıb.
Kübra Musayeva