Balkan ulduzu komandasını erkən tərk etməyəcək

Balkan ulduzu komandasını erkən tərk etməyəcək
30.08.2026 09:58 İdman

"Qarabağ” klubunun yarımmüdafiəçisi Marko Yankoviçin komandadan ayrılacağına dair məlumat yayılıb.

TodayPress TV Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yankoviç bu yay transfer pəncərəsi dövründə “Qarabağ”dan getməyəcək.

Bildirilir ki, monteneqrolu futbolçu xarici klubların maraq dairəsində olsa da, onun 2026/2027 - ci illər mövsümündə komandadan ayrılacağı gözlənilmir. Futbolçu cari mövsümün sonunadək “köhlən atlar”ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, ki, Bolqarıstanın ÇSKA və Türkiyənin “Çorum” klubları Markonu öz heyətlərində görmək istəyirlər.

Yankoviçin “Qarabağ”la müqaviləsi 2027-ci ilin iyununda başa çatacaq.

XƏBƏR LENTİ
30 AVQUST 2026
Bütün Xəbərlər