Netanyahunun oğlu ABŞ-dən təcili ÇIXARILDI - Səbəb...

Netanyahunun oğlu ABŞ-dən təcili ÇIXARILDI - Səbəb...
30.08.2026 00:52 Dünya

İsrailin Daxili Təhlükəsizlik Xidməti sui-qəsd təhlükəsi olduğu iddiası ilə İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yairi ABŞ-dən təcili şəkildə təxliyə edib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

“Yair Netanyahunun həyatına qarşı həqiqətən də ciddi təhlükə mövcud idi və bununla əlaqədar vəziyyət qiymətləndirildikdən sonra onun təhlükəsizlik xidməti ilə birlikdə təcili şəkildə İsrailə geri gətirilməsi barədə qərar qəbul edildi”, - deyə qəzet Daxili Təhlükəsizlik Xidmətinin açıqlamasından sitat gətirib.

Məlumatda qeyd olunur ki, Yair Floridadan hətta əşyalarını belə götürmədən mühafizəçilərin müşayiəti ilə ayrılıb. Hazırda o, İsraildədir.

Aysel Mətləb

XƏBƏR LENTİ
30 AVQUST 2026
Bütün Xəbərlər