Tramp CNN-i “yerdən-yerə vurdu”

Tramp CNN-i “yerdən-yerə vurdu”
29.08.2026 19:20 Dünya

ABŞ Prezidenti Donald Tramp CNN telekanalını aşağı reytinqlərə görə tənqid edərək onun “ölüm spiralı”na düşdüyünü bildirib.

TodayPress TV xəbər verir ki, Trampın sözlərinə görə, CNN və MS NOW-a sözün əsl mənasında heç kim baxmır. Bununla yanaşı, o, CNN-in siyasi analitiki Harri Enteni xüsusi olaraq tərifləyib. Tramp analitikin onun yüksək populyarlığını göstərən məlumatları təqdim etməkdən çəkinmədiyini qeyd edib.

ABŞ Prezidenti CNN-in yeni rəhbərlik və aparıcıların köməyi ilə dəyişdirilə biləcəyini də deyib. Onun fikrincə, güclü brendi tamamilə məhv etmək mümkün deyil.

Kübra Musayeva

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər