Gizli imzalanan müqavilə: Finlandiya və İsrail hərbi sazişi yenilədi
Finlandiya İsraillə hərbi əməkdaşlıq haqqında gizli saziş imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Finlandiyanın Yle yayım şirkəti məlumat yayıb.
Sənədə əsasən, tərəflər hərbi məhsulların tədqiqi, hazırlanması və satın alınması sahələrində əməkdaşlıq edəcəklər. Sazişin qüvvədə olma müddəti 5 ildən 10 ilə qədər artırılıb.
İlkin protokol hələ 2013-cü ildə imzalanıb, 2024-cü ildə isə Finlandiya onun müddətinin uzadılmasını təklif edib.