Rusiya “Flaminqo” raketlərinin saxlanıldığı anbarı vurdu
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Kiyev şəhəri və Kiyev vilayətində yerləşən logistika mərkəzlərinə zərbələr endirildiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Nazirliyin məlumatına görə, zərbələr cümə günü axşam və şənbə gecəsi pilotsuz uçuş aparatları və havadan buraxılan yüksək dəqiqlikli silahlarla həyata keçirilib.
Bildirilib ki, Kiyev və Kiyev vilayətində, o cümlədən Çayki yaşayış məntəqəsində yerləşən “Fim Servis” nəqliyyat-logistika mərkəzi hədəfə alınıb. Rusiya tərəfi iddia edir ki, mərkəzin anbarlarından uzaqmənzilli “Flaminqo” qanadlı raketlərinin komponentlərinin saxlanılması üçün istifadə olunub.
Rusiya Müdafiə Nazirliyi zərbələrin nəticələri və mümkün itkilərlə bağlı əlavə məlumat verməyib.