Albaniyada sutka ərzində 34 meşə yanğını baş verib

Albaniyada sutka ərzində 34 meşə yanğını baş verib
29.08.2026 14:14 Dünya

Albaniyada son 24 saat ərzində 34 meşə yanğını baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, sözügedən yanğınların 5-i hələ də aktivdir, 2-si isə nəzarət altında saxlanılır.

Məlumata görə, hazırda 481 fövqəladə hallar əməkdaşı və 44 yanğınsöndürən texnika əraziyə cəlb olunub.

Yerli qüvvələrin işini gücləndirmək məqsədilə ordu Silahlı Qüvvələrin 105 hərbçisini, 2 xüsusi yanğınsöndürmə texnikasını, 3 helikopteri və 1 "Air Tractor" təyyarəsini əməliyyatlara cəlb edib.

Hazırda aktiv meşə yanğınları əsasən Tirana və Diber bölgələrində qeydə alınır.

Dajti dağında yenidən aktivləşən üç yanğın ocağının söndürülməsi istiqamətində əməliyyatlar aparılır. Əraziyə 25 yanğınsöndürən və Silahlı Qüvvələrin 20 əməkdaşı cəlb edilib.

TodayPress TV

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər