Dünya bazarında neft 88 dollara kimi ucuzlaşdı

Dünya bazarında neft 88 dollara kimi ucuzlaşdı
29.08.2026 10:00 Sənaye və energetika

Dünya bazarında neft qiymətləri həftənin son ticarət sessiyasını ucuzlaşma ilə başa vurub.

TodayPress TV xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,42 dollar və ya 0,47% azalaraq 88,10 ABŞ dollarına düşüb.

ABŞ-ın “WTI” markalı neftinin oktyabr fyuçerslərinin qiyməti isə 0,13 dollar və ya 0,16% azalaraq 83,40 dollar təşkil edib.

Neftin ucuzlaşması Hörmüz boğazında tədarükün normallaşacağına dair gözləntilərin güclənməsi və Yaxın Şərqdə diplomatik səylərin davam etməsi fonunda təkliflə bağlı narahatlıqların azalması ilə əlaqələndirilir.

TodayPress TV

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər