Türkiyədə meşə yanğını turizm bölgəsinə çatdı – Sakinlər təxliyə edilir

Türkiyədə meşə yanğını turizm bölgəsinə çatdı – Sakinlər təxliyə edilir
29.08.2026 02:20 Dünya

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda turizm bölgəsinin yaxınlığında güclü meşə yanğını baş verib.

TodayPress TV xəbər verir ki, güclü külək səbəbindən alov qısa müddətdə geniş əraziyə yayılıb və yaşayış evləri ilə turizm zonasına yaxınlaşıb.

Hadisə yerinə çoxsaylı meşə yanğınlarının söndürülməsi üzrə qruplar və yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğına həm qurudan, həm də havadan müdaxilə edilir.

Yanğın təhlükəsi ilə əlaqədar ətraf ərazidə yerləşən bəzi evlərin sakinləri, o cümlədən qocalar evinin sakinləri təxliyə edilib.

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər