Bir sinifdən 13 nəfər “Tibb”ə qəbul oldu

Bir sinifdən 13 nəfər “Tibb”ə qəbul oldu
28.08.2026 20:13 Elm və Təhsil

Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci "A" sinfi 2025-2026-cı tədris ili üzrə qəbul nəticələri ilə diqqət çəkib.

TodayPress TV xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, sinfin 17 məzunu 500-dən, 13 məzunu isə 600-dən yüksək bal toplayıb. Onlardan 13-ü Azərbaycan Tibb Universitetinin "Tibb" ixtisasına qəbul olub.

Sinfin ən yüksək nəticəsini Samir Hikmət oğlu Tağızadə göstərib. O, qəbul imtahanında maksimal nəticə olan 700 bal toplayıb.

Yüksək nəticə göstərən məzunlar arasında İnci Rəsul qızı Mursaquliyeva (690.2 bal), Aysel Elnur qızı Fərhadova (682.6 bal), Hüseyn Samir oğlu Nağıyev (682 bal), Amin Pərviz oğlu Tahirzadə (679.1 bal) və Rüqiyyəxanım Fərid qızı Səfizadə (675.4 bal) da yer alıblar.

Sinfin uğurları qəbul imtahanları ilə də məhdudlaşmayıb. İlham Ramil oğlu Əliyev, Hüseyn Qasım oğlu Tağızadə və Davud Mahmud oğlu Tarverdi fənn olimpiadalarında əldə etdikləri nəticələrə görə müsabiqədənkənar qəbul hüququ qazanıblar.

Məzunların qəbul olunduğu ali təhsil müəssisələri sırasında Azərbaycan Tibb Universiteti ilə yanaşı, Bakı Dövlət Universiteti, Qarabağ Universiteti, Heydər Əliyev adına Hərbi İnstitut və ADA Universiteti də yer alıb.

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər