İstanbulda avtobus divara çırpıldı: Ölən və ağır yaralılar var

İstanbulda avtobus divara çırpıldı: Ölən və ağır yaralılar var
28.08.2026 20:25 Dünya

Türkiyənin İstanbul şəhərində avtobus yaşayış kompleksinin bağça divarına çırpılıb.

TodayPress TV xəbər verir ki, nəticədə 1 nəfər həyatını itirib, 2-si ağır olmaqla 17 nəfər yaralanıb.

Kennedi prospektinin Bakırköy istiqamətində hərəkətdə olan avtobus Kazlıçeşme ərazisində yaşayış kompleksinin bağça divarına çırpılıb.

Hadisə ilə bağlı daxil olan məlumatdan sonra qəza yerinə təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları göndərilib.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər