Tramp ABŞ üçün “Kosmik Akademiya” yaradır

Tramp ABŞ üçün “Kosmik Akademiya” yaradır
28.08.2026 21:25 Dünya

ABŞ Prezidenti Donald Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında sərəncam imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə o, Texas ştatının Hyuston şəhərindəki Conson adına Kosmik Mərkəzdə amerikalı astronavtların mükafatlandırılması mərasimində çıxış edərkən danışıb.

“Bizə kosmik məkanın tədqiqi üçün bütöv bir ixtisaslı hərbçilər, mühəndislər, mülki operatorlar və bütün digər mütəxəssislər nəslini yetişdirmək və hazırlamaq lazım olacaq. Bir neçə dəqiqədən sonra yeni milli akademiyanın yaradılması prosesinin başlanması haqqında sərəncam imzalayacam. O, ABŞ Kosmik Akademiyası adlanacaq. Bu, çox mühüm hadisədir”, - deyə dövlət başçısı bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər