"Neftçi" belçikalı futbolçunu heyətinə qatdı

"Neftçi" belçikalı futbolçunu heyətinə qatdı
28.08.2026 21:37 İdman

"Neftçi" növbəti futbolçu transferini rəsmiləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Surinam əsilli belçikalı sağ vinger Denzel Jubitana "ağ-qaralar"ın yeni üzvüdür.

27 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 22 nömrəli formanı geyinəcək.

Futbolçu ötən mövsüm sonuncu klubu "Atromitos"un heyətində meydana çıxdığı 36 matçda 5 qol, 2 assist müəllifi olub.

Yunanıstandan əvvəl Niderland və Belçika liqalarında çıxış etmiş Jubitana 2024-cü ildə debüt etdiyi Surinam milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub.

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər