Putin Paşinyana “seçim” qoydu: Aİİ, yoxsa Avropa İttifaqı?

Putin Paşinyana “seçim” qoydu: Aİİ, yoxsa Avropa İttifaqı?
28.08.2026 21:00 Dünya

Rusiya Prezidenti Vladimir Putin avqustun 31-də Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yubiley sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.

“Ermənistanda keçirilən seçkilərdən sonra liderlərimiz artıq ünsiyyətdə olublar. Putinin Paşinyanla danışıqları zamanı nədən danışılacağı təxminən məlumdur. Biz hələ də təkid edirik ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlıqdan böyük faydalar əldə edərkən eyni zamanda Avropa İttifaqına üzvlüyə can ata bilməz. Bu məsələni hansısa şəkildə həll etmək lazımdır”, - deyə o vurğulayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər