Budapeşt “Paks-2”yə MİLYARDLAR AYIRDI
Macarıstanın yeni hökuməti bu il “Rosatom” layihəsi üzrə “Paks-2” Atom Elektrik Stansiyasının tikintisinə əlavə olaraq 111,6 milyard forint (305,5 milyon avro) ayırmaq qərarına gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə "Nepszava" qəzeti məlumat yayıb.
Məlumata görə, bu, yaxın günlərdə parlamentə təqdim ediləcək 2026-cı il büdcəsinə dəyişikliklərdə nəzərdə tutulub.
Baş nazir Peter Magyarın rəhbərlik etdiyi hökumət tərəfindən hazırlanmış sənədə əsasən, “Paks-2” layihəsinə maliyyə dəstəyi ilin sonuna qədər 95 milyard forintdən 206,6 milyard forintə (565,5 milyon avro) artırılacaq.
Aysel Mətləb