Çinin mümkün hücumuna qarşı Tayvan müharibəyə hazırlaşır

Çinin mümkün hücumuna qarşı Tayvan müharibəyə hazırlaşır
29.08.2026 06:05 Dünya

Tayvan Çinin mümkün ilk zərbəsinə hazırlıq məqsədilə adanın müdafiəsində əsas həlqələrdən biri hesab olunan Penhu arxipelaqının müdafiəsini gücləndirir.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, 90 adadan ibarət arxipelaq Çinin ilk hücum dalğasında hədəfə çevrilə bilər.

Təhlükəsizlik üzrə ekspertlərin fikrincə, Penhunun nəzarətdə saxlanılması Tayvan hərbçilərinə Çin donanmasına raketlərlə zərbələr endirərək müqavimət göstərməyə imkan verəcək.

Penhu əhalisi də mümkün hərbi əməliyyatlara hazırlanır. Belə ki, 110 min sakinin təxminən 1,2 mini artıq dövlət tərəfindən həyata keçirilən cəmiyyətin dayanıqlığının artırılması proqramından keçib.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər