Ebolaya qarşı ilk vaksinasiya başladı – 50 min doza gətirildi

Ebolaya qarşı ilk vaksinasiya başladı – 50 min doza gətirildi
29.08.2026 04:10 Dünya

Demokratik Konqo Respublikasının (DKR) şərqində hazırkı Ebola virusu epidemiyası çərçivəsində əhalinin virusa qarşı ilk vaksinasiya kampaniyasına başlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Samuel Roje Kamba açıqlamasında bildirib.

“İlk növbədə Ebola ilə mübarizənin ön cəbhəsində olan şəxsləri qorumaq üçün vaksinasiyaya başlamaq qərarına gəldik. Söhbət tibb işçilərindən, eləcə də Ebola qızdırmasına yoluxmuş xəstələrlə təmasda olmuş insanlardan gedir”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, DKR Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) 50 min doza “Ervebo” vaksini alıb və ondan istifadə başlanılıb.

Bundan əlavə, ÜST-dən alınan daha 20 min doza vaksin ölkə daxilində klinik sınaqların aparılması üçün istifadə olunacaq.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər