Rusiyanın Buçaya hücumlarında 27 nəfər öldü
Ötən gün Rusiya ordusunun Kiyev regionunda yerləşən Buça rayonuna hücumlarında 27 nəfər ölüb.
TodayPress TV xəbər verir ki, bu barədə “UNIAN“ın məlumatına görə, 40 nəfərdən çox xəsarət alan var.
Kiyev region administrasiyasının rəhbəri Timur Tkaçenko bildlrib ki, tələfat sayının artacağı istisna edilmir.
Təqribən 50-yə qədər yaşayış binasının müxtəlif tipli maddi ziyana mərzu qaldığı bildirilib.
Ətraf ərazilərdə yaşayan 400-ə yaxın insan təxliyə edilib.