Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb
Polis əməkdaşları avqustun 28-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 6 tüfəng, 2 patron darağı və 69 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Həmçinin ötən gün ümumi çəkisi 1,3 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.