Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəldi
30 avqust 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında "Takasaki" mərhələsinin həlledici oyunlarına start verilib.
TodayPress TV xəbər verir ki, təmsilçimiz "Neftçi SOCAR" 1/4 finalda Tailand millisi üzərində 19:12 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.
Qeyd edək ki, təmsilçimiz yarımfinalda Kanada seçməsi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 11:10-da başlayacaq.