Yüzlərlə rusiyalı gecə-gündüz küçələri qoruyur: Kişiləri belə xilas edirlər
Rusiyanın Penza vilayətinin Başmakovo qəsəbəsində sakinlər kişilərin Ukraynadakı müharibəyə göndərilməsinin qarşısını almaq üçün gecə-gündüz küçə patrulları təşkil ediblər.
TodayPress TV xəbər verir ki, təxminən 250 sakinin qoşulduğu patrulların yaradılmasına kişilərin küçələrdən götürülməsi və hərbi müqavilə imzalamağa məcbur edilməsi ilə bağlı iddialar səbəb olub.
Sakinlərin sözlərinə görə, bəzi kişilər küçədə saxlanılır, təhdid edilir və hərbi xidmətə cəlb olunmağa məcbur edilirlər. Bir kişinin ot biçdiyi vaxt avtomobilə mindirildiyi, lakin bacısının maşını yolda saxlayaraq onu geri aldığı bildirilir.
Patrul iştirakçıları iddia edirlər ki, onların fəaliyyəti nəticəsində ən azı 5-6 kişinin aparılmasının qarşısını almaq mümkün olub.
Kübra Musayeva